"Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha ço müəllim və həkimlərin maaşları ilə bağlıdır. Paylaşımlarda da ən çox şərhlər bu istiqamətdədir. Qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar artıq reallaşdı. Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu".
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var: "Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki, heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz.
Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir".
- Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək
- Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video
- Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi
- BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı
- Zakir Həsənov Afyoncu ilə görüşdü - Video
- Rusiyadan Azər Badamovla bağlı açıqlama: Buna görə buraxılmadı!
- Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi
- MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto