Polis “Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı ilə məşğul olan və üzərində qanunsuz silah gəzdirən 8 nəfəri saxlayıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib.
Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər - Rəşad Ağayev, Kamal Saməddinzadə, Elxan Qasımov, Elçin Əsədullayev, Ramil Əlibəyov, Eldəniz Şərifov və Anar Bəxtiyarzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, psixotrop maddə olan metamfetamin və satışı qadağan edilən 100 ədəd preqabalin həbi aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən əvvəllər məhkum olunmuş paytaxt sakini İlqar Əliyev də tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Belarusun baş naziri Füzulidə… - Foto
- Nikolun arvadı ordumuza qarşı necə döyüşüb? - Şok faktlar
- BMT-nin bu qurumu Azərbaycanda fəaliyyətini dayandırır
- Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladı
- Bakı və İrəvan arasında sülh... - Xətibzadə
- Hərbçilərimiz Moskva küçələrində - Video
- Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək
- Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video