Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də Səudiyyə Ərəbistanı Krallığı Daxili İşlər Nazirliyinin Sərhəd Mühafizəsinin Baş direktoru Məhəmməd bin Abdullah Həmdan Al-Şəhri ilə görüşüb.
Bu barədə BUTA.TV-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Ötən ilin sonunda Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclasının və Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunun əhəmiyyəti qeyd edilib.
Ölkəmizdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanının sərhəd qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev görüşdə iştirak edib.
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb