Yaxın vaxtlarda Ukrayna Nazirlər Kabinetində ixtisarlar mümkündür. İşdən çıxarılmağa ilk namizəd yanacaq və energetika naziri German Qaluşenkodur, idman naziri Vadim Qutzeit və strateji sənaye naziri Pavel Ryabikinin işdə qalması sual altındadır.
BUTA.TV xəbər verir ki, bu barədə “Ukrainska Pravda” prezident komandasındakı və Ali Radadakı mənbələrə istinadən məlumat yayıb.
“Uzun müddətdir ki, prezidentin komandasında bu nazirliklərə ehtiyac olub-olmaması, bəlkə də bağlanması və ya birləşdirilməsi ilə bağlı müzakirələr gedir. Ali Radanın deputatları da təhsil nazirini və veteranların işləri üzrə naziri dəyişmək istəyirlər. Amma mənbələrin bildirdiyinə görə, hazırda Prezident Aparatı bu barədə ciddi danışmır”, - məlumatda deyilir.
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
- Qriqoryan Bakı ilə razlaşmalar barədə Şoyquya məlumat verdi
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident