Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 44-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisində maneəsiz hərəkət edirlər.
BUTA.TV xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 45 maşınının, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 12 avtomobilin maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Nəticədə azərbaycanlı ekofəallar Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən dinc aksiyaya başlayıblar.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Şahdağa qar yağdı – Faktiki hava
- Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı