2022-ci ilin yekunlarına əsasən, Azərbaycan 18,965 milyard kubmetrdən artıq təbii qaz ixrac edib ki, bu da 2021-ci ildəki göstəricidən 5,4 faiz və ya 1,08 milyard kubmetr aşağıdır.
Dövlət Gömrük Komitəsindən (DGK) BUTA.TV-a verilən məlumata görə, ixrac olunan Azərbaycan qazının dəyəri təqribən 14,99 milyard dollar təşkil edib ki, bu da inişilki göstəricidən (5,534 milyard dollar) 2,7 dəfədən çox və ya 9,455 milyard dollar yuxarıdır.
Ölkənin ümumi ixracında qazın payı qeyd olunan dövrdə 39,29 faiz təşkil edib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 20,047 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2020-ci illə müqayisədə 38 faiz və ya 7,622 milyard yuxarıdır. Təbii qazın ixracı dəyər baxımından 5,5 milyard dolları keçib ki, bu da 2020-ci ilin göstəricisindən 2,5 dəfə yüksəkdir.
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava
- Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar