Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Azatutyun”a müsahibəsində bildirib ki, Ukrayna Azərbaycana Qarabağ müharibəsində istifadə olunacaq silahlar tədarük etməyib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, jurnalistin Ukraynanın Azərbaycana Qarabağ müharibəsində istifadə olunan silahlar, xüsusən də fosfor bombalarını verib-verməməsi ilə bağlı sualına Podolyak mənfi cavab verib və Ukraynanın rəsmi olaraq neytral statusa malik olduğunu və silahların istənilən yerə, xüsusən də qaynar nöqtələrə çatdırılması imkanlarını minimuma endirdiyini bildirib.
"Ukrayna rəsmi olaraq neytral statusa malikdir. Və imkan daxilində biz hər yerə, xüsusən də münaqişə nöqtələrinə silah tədarükü imkanlarını minimuma endirmişik. Bəli, bizim silah satışı seqmentimiz var idi, lakin bu, adətən tam müqavilələr, ixrac nəzarəti və s. olan “bəyaz” silah satışı idi. Münaqişəni qızışdırmaq və ya təhrik etmək məqsədilə bu və ya digər ölkənin mübahisəli, münaqişəli vəziyyətlərində iştirakının mənası yoxdur", - deyə Podolyak bildirib.
Qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistan diaspor təşkilatlarının nümayəndələrinin köməyi ilə Azərbaycanın guya fosfor bombalarından istifadə etdiyi barədə xaricdə feyk xəbərlər yayıb. Amma sübutlar var ki, 44 günlük müharibə zamanı bu cür qadağan olunmuş sursatlardan məhz Ermənistan istifadə edib.
“TƏRBİYƏLİ" MƏMURLARIN “TƏRBİYƏSİZ” ÖVLADLARI... - Niyə əksəriyyəti xaricdədir?
Azərbaycan Müdafiə Nazirliyi 2020-ci ildə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin birinci birləşmiş ordusunun 37-ci atıcı diviziyasının üçüncü motoatıcı alayının bölmələrinə külli miqdarda fosfor tərkibli yüklər çatdırılıb.
Ermənistan tərəfi bundan əvvəl də Azərbaycana qarşı fosfor bombalarından istifadə edib.
2020-ci il oktyabrın 8-də Ermənistan tərəfdən Füzuli rayonu ərazisinə 122 millimetrlik yandırıcı top mərmisi atılıb. Onun tərkibində 3,6 kiloqram ağ fosfor olub.
Ermənistan atəşkəs dövründə də Azərbaycana qarşı fosfor bombalarından istifadə edib. Hələ 2016-cı ildə Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor bombası atmışdı.
- Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq
- Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
- Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət almadı
- Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?
- Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat
- Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü
- İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi
- Bakı ilə imzalanan bəyanatın icrası üçün 5 təklif... - Lam