Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərı nəticəsində odlu silah satmaqda şübhəli bilinən rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə odlu silah satmaqda şübhəli bilinən rayon sakini İlkin Əliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki torbaya baxış keçirilərkən 1 ədəd AK-74 markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 9 ədəd patron aşkar edilərək götürülüb. Həmçinin onun üzərindən güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Dindirilmə zamanı İ.Əliyev silahı rayon ərazisindən tapdığını və 2300 manat müqabilində şəxsiyyəti istintaqla araşdırılan bir nəfərə satmaq istədiyini bildirib.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?