Rusiyada yaşayan həmyerlimiz, tanınmış ekstrasens-kliniki psixoloq Zirəddin Rzayevin müsahibələri, açıqlamaları hər dəfə ciddi müzakirələrə, söz-söhbətlərə rəvac verir. Uzun müddətdir Moskva şəhərində yaşayan həmyerlimizin niyə Azərbaycana geri dönmədiyi barədə suallar tez-tez insanları düşündürür.
Bəs görəsən, ekstrasens niyə Azərbaycana geri dönmür?
Mövzu ilə bağlı danışan Z.Rzayev Dövlət Miqrasiya Xidmətinin onun övladına Azərbaycan vətəndaşlığı vermədiyini açıqlayıb:
“Mənim qızım Azərbaycanda doğulub, mən özüm də, həyat yoldaşım da Azərbaycan vətəndaşı idi. Qızım Azərbaycanda doğulubsa, ana-ata da Azərbaycan vətəndaşıdırsa, o Azərbaycan vətəndaşı sayılır. Bunu Prezidentdən başqa heç kəs onun əlindən ala bilməz.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
Qızım hələ 18 yaşına çatmamış həyat yoldaşımı göndərdim ki, gedib ona pasport alsın, amma təəssüflər olsun ki, bu alınmadı. Miqrasiya xidmətindən bildirdilər ki, 17 yaşına qədər pasport almayıb deyə biz ona pasport verə bilmərik. Qızım Gəncədə doğulub.
Mən bunu eşidəndə dəhşətə gəldim ki, axı insanı Prezidentdən başqa heç kim vətəndaşlıqdan çıxara bilməz. Miqrasiya Xidmətində sual verdim ki, bu uşaq Azərbaycanda doğulubmu? Dedilər ki, bəli. Uşaq faktiki Azərbaycanda doğulub və ikili vətəndaşlığa da icazə var. Amma qızıma Azərbaycan vətəndaşlığı vermədilər, dedilər ki, belə qanun var. Belə şey olarmı? Mən şoka düşürəm. İndi Azərbaycana niyə gəlmədiyimi sual edəndə deyirəm ki, Azərbaycan mənim qızıma vətəndaşlıq verdimi ki, mən onları götürüb vətənimə gəlim? Bəzi suallar var”.
Ekstrasens yaxın aylarda Azərbaycana gələcəyini də bildirib:
“Özüm təbii ki, Azərbaycana gələcəyəm. Hazırda işlərim bir az çox olduğu üçün gələ bilmirəm, vaxtım buna izin vermir. Məni sevənlərə bildirmək istəyirəm ki, yaxın vaxtda – mart, aprel ayında Azərbaycana gəlmək planlarım var”.
- Şahbuzun bu kəndinə dolu düşdü
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...