Dünən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı müxtəlif versiyalar irəli sürülür. Daxildəki etirazçılar hadisə ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırırlar.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
“Etirazçılar beynəlxalq ictimaiyyəti SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırırlar. İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı “Nour News” agentliyi bildirib ki, hücum Bakı ilə Tehran arasındakı əlaqələrə xələl gətirməməlidir”, - institutdan bildirilib.
Qərb analitiklərinin fikrincə, dünən Tehran əyalət polisinə yeni rəisin təyin olunması təsadüfi deyil: “İranın hüquq-mühafizə orqanlarının komandiri briqada generalı Əhməd Rza Radan Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra Tehran əyalət bölməsinin rəisi Hüseyn Rəhimini vəzifəsindən azad edib və yeni komandir gətirib. Sözügedən vəzifəyə Əlborz əyalətinin komandiri vəzifəsində çalışmış briqada generalı Abbas Əli Məhəmmədi təyin olunub. Bunun səfirliyə hücumla bağlı olub-olmadığı məlum deyil. Çünki Əhməd Rza Radan əsas vəzifələrə məhz etibarlı zabitlər təyin etməyə çalışır”.
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?