Krasnodar vilayətinin Qoryaçiy Klyuç şəhər meriyasının etirazlarına baxmayaraq, Ukraynada müharibədə öldürülən vaqnerçilərin dəfn mərasmi baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, vaqnerçilərin dəfn mərasimində onlarla insan iştirak edib.
Qeyd edək ki, ötən gün “Vaqner” özəl hərbi şirkəti müharibədə öldürülən muzdluların Qoryaçiy Klyuç şəhərində dəfn edilməsini tələb etmişdi. Qoryaçiy Klyuç meri Sergey Belopolski muzdluların şəhərdə kütləvi şəkildə dəfn edilməsinin düzgün olmadığını bildirmişdi. Məhz bundan sonra “Vaqner” rəhbəri Yevgeni Priqojin hədələyici videomüraciət yayaraq merin israrına baxmayaraq dəfn mərasimlərinin baş tutacağını bildirmişdi.
Ardınca vaqnerçi dəstələr şəhər meriyasını hədələmişdilər.
“Bir vaxt çatacaq və sizin dalınızca gələcəyik”, - vaqnerçilər bildirmişdi.
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?