Rusiyanın nəzarində olan Mariupol şəhərində Ermənistan və Dağıstan bayraqları həkk olunmuş “humanitar yardım” daşıyan yük maşınları müşahidə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya prezidentinin səfərindən sonra dağıdılmış şəhərdə yük maşınları kolonları müşahidə olunub:
"Metallurqov prospektində İlyiç istiqamətində Ermənistan və Dağıstan bayraqları və "Humanitar missiya" yazısı olan dörd avtomobil kolonu qeydə alınıb”.
Qeyd edək ki, ötən gün Kreml rəhbəri Vladimir Putinin Mariupola getdiyi barədə məlumat yayılmışdı
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- ABŞ İrana hücuma başladı
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi