Bu ilin fevral ayında Türkiyənin İstanbul şəhərində evlərin qiyməti yanvar ayı ilə müqayisədə 49 % çox olub.
BUTA.TV xəbər verir ki, hesabat dövründə həmin şəhərdə bir kvadratmetr mənzilin orta dəyəri 1 361 ABŞ dollarına çatıb.
Beləliklə, hazırda İstanbulda ev almaq üçün orta hesabla 163 min ABŞ dolları lazımdır.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş və 50 mindən çox insanın həyatına son qoymuş dağıdıcı zəlzələ ölkənin daşınmaz əmlak bazarındakı aktivliyi artıraraq evlərin bahalaşmasına gətirib çıxarıb. Xüsusilə İstanbulun daha təhlükəsiz rayonlarındakı evlərə tələbat artıb. Çünki bir çoxları yaşayış yerini dəyişərək həmin ərazilərə köçmək istəyir.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj