Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneulidə Azərbaycanlı ağsaqqallarla görüşüb.
BUTA.TV xəbər verir ki, Marneulidəki “Çay Evi”ndə keçirilən görüşdə hökumət başçısı ağsaqqalları Novruz bayramı münasibətilə təbrik edib, gürcü və Azərbaycan xalqları arasında tarixən mövcud olan xüsusi dostluq münasibətlərindən danışıb.
Baş nazir Gürcüstanın demokratik, iqtisadi inkişafında azərbaycanlıların rolunu xüsusi qeyd edib.
Tədbirdə Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla əlaqələr departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, Marneuli Şəhər Şurasının sədri Amiran Qiorqadze, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzəyev iştirak ediblər.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər