“Patriot” raketdən müdafiə sistemləri planlaşdırılandan daha tez Ukraynaya təhvil veriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ukraynalı əsgərlərdən ibarət 65 nəfərlik qrup yaxın günlərdə Oklahoma ştatının Fort Sill şəhərində bu sistemlər üzrə təlimlərini başa vuracaq.
Rəsmilərin sözlərinə görə, təlimlərin vaxtından 2 həftə əvvəl bitməsinin səbəbi ukraynalı hərbçilərin hava hücumundan müdafiə və döyüş zonası təcrübəsi ilə bağlı dərin bilikləri sürətlə mənimsəməsidir.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər