Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının spiker müavini Tabea Rösnerin başçılıq etdiyi Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun üzvlərini qəbul edib.
BUTA.TV-ın erməni mediasına istinadən məlumatına görə, Paşinyan Ermənistan Almaniya ilə tərəfdaşlığa önəm verdiyini bildirib.
Almaniyaya səfərini dəyərləndirən Paşinyan bunu səmərəli adlandırıb və Berlindən isti təəssüratlarla qayıtdığını qeyd edib.
Bundan əlavə, tərəflər regiondakı vəziyyət, təhlükəsizlik çağırışları və sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar. Baş nazir bu kontekstdə AB-nin uzunmüddətli müşahidə missiyasının rolunu vurğulayıb.
Paşinyan həmçinin almaniyalı deputatlarla Qarabağ, o cümlədən Laçın dəhlizindəki vəziyyəti müzakirə edib.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj