Ötən gün qatı duman səbəbindən yolunu azaraq, Azərbaycan ərazisinə keçən erməni əsgər Martiros Gülambaryan açıqlama verib.
BUTA.TV xəbər verir ki, “24 Nyus”a (24News) təfərrüatı danışan Gülambaryan Akner kəndi yaxınlığında yerləşən erməni postuna “Kamaz” maşını ilə təchizat apararkən duman səbəbindən azdığını və Azərbaycan ərazisinə keçdiyini bildirib.
O bildirib ki, qarşıda Azərbaycan hərbçilərini görən kimi maşını saxlayaraq, düşüb və kiçik dərədə gizlənib. Duman onun görünməsini çətinləşdirib.
“Baxmayaraq ki, dron qaldırıldı, ancaq qar məni görünməz etdi. Mən bu yerləri tanıyıram, ona görə də maşını ataraq, öz tərəfimizə keçdim”.
O bildirib ki, maşın Azərbaycan ərazisində qalıb.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi