22.03.2023 -cü il tarixdə Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat axtarış tədbiri nəticəsində hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanılan məhkum Hacıyev Əli Əlibala oğlunun azadlıqda olarkən əldə etdiyi bir ədəd RQD-5 markalı əl qumbarası Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.
BUTA.TV xəbər verir ki, əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilib.
- ABŞ İrana hücuma başladı
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir