İran ordusuna məxsus qırıcıların Azərbaycan sərhədi yaxınlığında uçuşlarını əks etdirən görüntülər yayılıb.
BUTA.TV xəbər verir ki, video sosial şəbəkələrdə paylaşılıb.
Kadrların hansı istiqamətdə və nə vaxt çəkildiyi barədə məlumat verilməyib.
Videoda qırıcıların manevrlər etdiyi görünür.
Azərbaycan MN-in hadisə ilə bağlı hər hansı açıqlaması yoxdur.
Qeyd edək ki, 11 mart 2023-cü ildə İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirmişdi. Uçuş bəzi hallarda düz sərhəd xətti üzərindən olmuşdu.
Azərbaycan XİN İrana hadisəyə görə nota təqdim etmişdi.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi