ABŞ Ukraynaya tərkibində tükənmiş uran olan sursatlar göndərmir.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib.
"Adətən, göndərilən döyüş sursatları ilə bağlı təfərrüatı açıqlamırıq, lakin uran tərkibli sursatları tədarük etmirik", - Kirbi bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini Baronessa Annabel Qoldi Ukraynaya “Çellenger 2” əsas döyüş tankları ilə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla, döyüş sursatlarının tədarükünün planlaşdırıldığını bildirmişdi.
- ABŞ İrana hücuma başladı
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir