Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbər şayiədir.
BUTA.TV xəbər verir ki, bu barədə əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib.
"Rəy verilib ki, ürəyində problem olub. Amma ürəyindən əməliyyat olunmayıb, yalandır, şayiədir. Avtomobili idarə edən zaman, sükan arxasında bir anlıq huşunu itirib. Daha sonra qəza baş verib", - V.Murtuzəliyev bildirib.
V. Murtuzəliyev bacısı Dilarə Əliyevanın səhhətindən də danışıb:
"Dilarə şok vəziyyətindədir. Evdədir, onu da təcili yardım maşını gətirib. Xəsarəti yoxdur".
- ABŞ İrana hücuma başladı
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir