Bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Mersedes" markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin, 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, A.Əliyev vəfat edib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- ABŞ İrana hücuma başladı
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi