Hazırda həbsdə olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərli ilə videobloqer Ata Abdullayev arasında həbsxanada mübahisə yaranıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, mübahisəyə səbəb Ata Abdullayevin Vüqar Səfərlinin və sabiq şöbə müdiri Əli Həsənovun ünvanına söylədiyi tənqidi fikirləri olub.
Hazırda Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində Vüqar Səfərli ilə bərabər cəza çəkən Ata Abdullayev keçmiş KİVDF rəhbərini və Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovu reket və dələduzluqda ittiham edərək, təhqir edib. Vüqar Səfərli isə Ata Abdullayevə cavabında ağır sözlər səsləndirib. Tərəflərin mübahisəsini görən digər məhbuslar onları bir-birindən kənarlaşdırıb.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi