Sosial şəbəkələrdə Gədəbəyin kəndlərindən birinin satışa çıxarıldığı haqda elan xarakterli paylaşım yayılıb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, şəbəkə istifadəçilərindən biri video çəkərək, kəndin topdan satışa çıxarıldığını bildirib.
Məlum olub ki, sakinlər kütləvi şəkildə Bakıya, başqa şəhərlərə köçdükləri üçün evlərin 95 faizi boş qalıb. Hazır evlərin min-üç min manat arası satışa çıxarıldığı bildirilir.
Videoda Eyvaz adlı kənd sakininin çıxışı da yer alır. O bildirir ki, evlərin sahibləri mülklərini satmağı ona həvalə ediblər.
Videonu təqdim edirik.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi