Martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi