Bakıda və Abşeron yarımadasında martın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq.
Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- Bu ərazilərdə işıq olmayacaq
- Müəllimə hörmətsizliyə görə cərimə... - Ekspert
- Bir aydan çox daha erkən oyanacağıq... - DÇ başlayır
- Bu qurum niyə 350 min manata siçan-siçovul alır?
- Bu ölkə adını dəyişir