Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkə konstitusiyasına uyğun olması barədə qərarın mətnini dərc edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsi məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının retroaktiv tətbiqinin qəbul edilməsi haqqında bəyannamə ilə müəyyən edilmiş öhdəliklər konstitusiyaya uyğundur.
Qeyd edək ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkənin əsas qanunlarına uyğun olduğu barədə qərar vermişdi. Rəsmi Moskva da İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda tamamilə qəbuledilməz hesab etmişdi.
Xatırladaq ki, martın 17-də Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var