2023-cü ilin yanvar ayında Bakı şəhərində muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 11,5 faiz artaraq 1 086,9 manat olub.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar ayında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 11,8 faiz artaraq 856,2 manat olub.
Qeyd edək ki, 2022-ci ildə Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2021-ci ilin göstəricisi ilə müqayisədə 5 faiz artaraq 30,819 milyard manat olub. Hesabat dövründə Bakı ticarət şəbəkəsində qida məhsulları, içki və tütün məhsullarının satışı ötən ilin analoji dövrü ilə müqayisədə 16,9 faiz artaraq 18,698 milyard manata çatıb.
- FHN 216 şəxsi heyətlə təlim keçirdi - Video
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto
- Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
- “Tofiq Bəhramov”un yaxınlığında obyekt yağır
- Restorandakı yanğın söndürüldü - Video - Fotolar - Yenilənib