Putin aprelin 27-də Türkiyəyə səfər edəcək. Bu barədə Ərdoğan açıqlama verib.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı tanınmış siyasi ekspert Sergey Markov bildirib.
Markov Putinin Türkiyəyə səfəri çərçivəsində Ukrayna ilə sülh danışıqları ilə bağlı Ərdoğanla müzakirələr aparacağını vurğulayıb:
"Putin çox güman ki, zəlzələ baş verən bölgələrə səfər edəcək və həm taxıl sazişi, həm də sülh danışıqları aparacaq, ya da sülh danışıqları aparırmış kimi görüntü yaradacaq. Çünki Ukraynada sülh danışıqlarının vaxtı hələ apreldə olmayacaq. Həmçinin, görünür, hökumətlərarası komissiya da olacaq. Və Akkuyuda atom elektrik stansiyasının açılışı olacaq. Nüvə yanacağının yüklənməsi həyata keçiriləcək. Əladır”.
Ekspert qeyd edib ki, Putinin Türkiyəyə səfərinin əsas məqsədi dostu Ərdoğanın seçkilərdə qalib gəlməsi və prezident olaraq qalmasına kömək etməkdir:
"Çünki Ərdoğanın seçkilərdə əsas rəqibi amerikapərəst Kılıçdaroğludur. Putin Türkiyədə çox məşhurdur. Türklərin əksəriyyəti Amerikaya nifrət edir (sosiologiyaya görə, orada antiamerikanizm ən yüksək səviyyədədir), Putini isə sevirlər".
- FHN 216 şəxsi heyətlə təlim keçirdi - Video
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto
- Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
- “Tofiq Bəhramov”un yaxınlığında obyekt yağır
- Restorandakı yanğın söndürüldü - Video - Fotolar - Yenilənib