Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
BUTA.TV-ın məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən 37 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində təşkil olunan "Akın Fight Arena" turnirində qüvvəsini sınayıb.
ABŞ təmsilçisi Omar Moreno ilə qarşılaşan Abdullayev rəqibinə qalib gələrək öz çəkisində çempionluq kubokuna sahib çıxıb.
Görüşdən sonra təəssüratlarını bölüşən kikboksçu döyüşün təşkilatçılarına və onu dəstəkləmək üçün zala gələnlərə minnətdarlığını bildirib: "Çox yoruldum. Yaş öz sözünü deyir. Bu cür döyüşlərdə təcrübə rol oynayır".
- AZAL Naxçıvana reysləri bərpa etdi
- Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş...
- Nazirlikdən çimərliklərlə bağlı xəbərdarlıq - Video
- Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı - Foto
- Emin Əmrullayev bu şəhərdə "Son zəng" mərasiminə qatıldı
- Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı - Foto
- Şuşada TDT ölkələrinin forumu başladı
- 18 yaşlı gənc ağır qəza törətdi: ölən var