Saatlıda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə BUTA.TV-a Saatlı rayon prokurorluğundan bildirilib.
Aprelin 30-u saat 12 radələrində Saatlı rayonu Məmmədabad kənd sakinləri 2004-cü il təvəllüdlü Əminə Əmirova və atası 1980-ci il təvəllüdlü Kamal Əmirovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2002-ci il təvəllüdlü Əli Mirilinin aralarında yaranmış mübahisə zamanı arvadı Əminə Əmirovaya bıçaqla xəsarət yetirməsi və həmin vaxt mübahisəyə müdaxilə etmək istəyən qayınatası Kamal Əmirova da bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Əli Mirili şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video