Qərbin qarşısında hazırda iki məqsəd var: Qarabağdakı ermənilər arasında sülhməramlılara etimadsızlıq yaratmaq və Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Tiqran Köçəryan deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı proses Praqa görüşündən sonra başladılıb.
Ekspert ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun səfərindən etibarən Paşinyanın Qərbin tapşırıqlarını icra etdiyini söyləyib:
“Onların planın iki əsas istiqamət var. Bunlar Qarabağın verilməsi və Türkiyə ilə danışıqların yenilənməsidir. Yeri gəlmişkən, şayiələr gəzir ki, Türkiyə ilə sərhəddəki Marqara məntəqəsi 1 iyunda – Paşinyanın doğum günündə açılacaq. Əgər Ermənistan və Türkiyə münasibətləri yoluna qoysalar, İrəvan növbəti gün Rusiyaya deyəcək ki, biz artıq təhlükəsizliyimizə təhdid görmürük. Yəni Rusiyaya “hələlik” deməyə cəhd edəcəyik”.
T.Köçəryan bunun üçün Ermənistandakı dərsliklərdən “soyqırım” ifadəsinin yığışdırılmağa başlandığını deyib.
Köçəryana görə, son proseslər Ermənistanda Suriyalaşma prosesinin getməsi ehtimalını artırır.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video