Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki, - yeni köçkün şəhərciyi açılırdı, - dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu.
BUTA.TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib.
"Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşmı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük", - dövlət başçısı bildirib.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır