Təyyarə qəzasında həlak olan “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin sahib olduğu əmlak və varidat media tərəfindən üzə çıxarılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, “Vaqner” rəhbərinin əsas rəsmi aktivi “Konkord menecment və konsaltinq” şirkətidir. Bu şirkət əsasən restoran fəaliyyəti və yemək çatdırılması ilə məşğul olur. Bundan əlavə daşınmaz əmlakın alqı-satqı və kirayəsi ilə məşğul olan “Riteyl” kompaniyası və videofilmlərin yayılması üzrə ixtisaslaşan “Aurum” korporasiyasına, eləcə də, Soçi, Moskva və Sankt-Peterburqda restoranlara malik olub.
Y.Priqojin bundan əlavə, Sankt-Peterburqda Şimali Versal və Laxta Plaza komplekslərini inşa edərək tikinti biznesində fəal iştirak edib. Suriyada karbohidrogen hasilatı ilə məşğul olan “Europolis” və Sudanda qızıl hasilatı üzrə məşğul olan M Invest şirkətləri də onun olub.
Priqojinin Mərkəzi Afrika Respublikasında, Sudanda və Suriyanın neft-qaz sektorunda avadanlıqların daşınması üzrə biznesi olmaqla yanaşı, şəxsi yaxtası, təyyarəsi, Qara dəniz sahilində malikanəsi və böyük nəqliyyat parkı onun mülkiyyətidir.
Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır