Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə növbəti görüş təşkil edilib.
DTX-nin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib və tədbir çıxışlarla davam etdirilib.
Çıxış edənlər şanlı salnaməmiz olan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman hərbçilərimizin tarixi qələbə qazandıqlarını və bu zəfərlə Azərbaycanı dünyaya qalib ölkə kimi tanıtdırdıqlarını vurğulayıb, şəhid ailə üzvlərinin və müharibə iştirakçılarının dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarından ətraflı bəhs ediblər.
Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesinin surətlə və fəal şəkildə həyata keçirilməsi ölkəmizdə uğurla aparılan qətiyyətli siyasi xəttin sayəsində mümkün olur.
Çıxışlar bitdikdən sonra tədbir iştirakçıları vətənpərvərlik mövzusunda konsert proqramına tamaşa ediblər.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır