Bu gün bəzi insanlar İranın Ermənistanı dəstəklədiyini deyirlər. Bu, tamamilə yalandır. Biz öz maraqlarımızı və milli təhlükəsizliyimizi qoruyuruq.
BUTA.TV "İran Today" Teleqram kanalına istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Aşura” regional qərargahının rəhbəri, general Cəlil Babazadə deyib.
İranın Ermənistanla 46 km sərhədi olduğunu xatırladan C.Babazadə bildirib ki, bu, ölkəsinin xarici dünya ilə əlaqə kanallarından biridir:
"Bu kanal bloklansa və ya məhdudlaşdırılarsa, İranın maraqlarına və milli təhlükəsizliyinə zərər verəcəkdir. Heç kimə bunu etməyə icazə verməyəcəyik. Bakının Naxçıvanla Ermənistan ərazisindən kommunikasiya marşrutu yaratmaqla bağlı iddiaları ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Sözügedən dəhlizin mahiyyəti əslində sərhədlərin və regionun geosiyasətinin NATO və əcnəbilərin xeyrinə dəyişməsidir".
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı