Fransanın cənub-şərqində yerləşən Vyana şəhərinin (İzer departamenti) hakimiyyəti meriya binasının fasadından Ukrayna bayrağının götürülməsinə qərar verib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra Ermənistan və Qarabağla bağlı söylədiyi sözlər olub.
Meriyadan bildirilib ki, bayrağın götürülməsi barədə qərar məlum telefon danışığından sonra Zelenskinin verdiyi bəyanatlarla əlaqədar qəbul edilib. Ukrayna prezidentinin İlham Əliyevlə söhbətində dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyi ilə bağlı son bəyanatları buna səbəbiyyət verib.
Xatırladaq ki, Zelenski öz Teleqram kanalında oktyabrın 4-də İlham Əliyevlə regional təhlükəsizlik, mövcud çağırışlar və qarşılıqlı fəaliyyət formatlarını müzakirə etdiyini bildirib.
“Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyimizi təsdiqlədik”, - Ukrayna lideri qeyd edib.
Məlumata görə, Ukrayna bayrağı 2022-ci ilin fevralında Vyana meriyası binasının fasadında asılmışdı.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı