HƏMAS-la danışıq olmayacaq: məhv ediləcək - İsrail

08:18 - 9 Oktyabr 2023 - GÜNDƏM

 HƏMAS-la danışıq olmayacaq: məhv ediləcək - İsrail

İsrail HƏMAS-la danışıqlar aparmaq niyyətində deyil.

BUTA.TV xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib. “Bunlar açıq-aşkar sənədləşdirilmiş hərbi cinayətlərdir. Terrorçularla danışmaq mərhələsi artıq geridə qaldı. İndi HƏMAS-ın terror infrastrukturunu məhv etmək lazımdır ki, bir daha belə dəhşət yaşanmasın”, - Erdan bildirib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 700-dən çox sakin ölüb, 2,2 mindən çox insan yaralanıb.

İsrail ordusu cavab tədbirləri görür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol