HƏMAS qruplaşmasının liderlərinin İsrailə hücumdan dərhal sonra İrana təşəkkür etmələri hiyləgər gedişdir. HƏMAS İsrailin intiqamının ağır olacağını anladığından müharibənin Qəzza bölgəsini aşmasını və İranın işin içində daha fəal müdaxiləsində maraqlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İranın HƏMAS qruplaşmasına silah və sursat göndərdiyi sirr deyil, ancaq Tehran heç zaman bunu açıq şəkildə etiraf etməyib:
“HƏMAS liderləri isə İsrailə dolayı mesaj veriblər ki, onlar İranın dəstəyi ilə İsrailə hücum edib. İsrailin İrana zərbə vuracağı istisna deyil. HƏMAS qruplaşmasına da elə bu lazımdır. Məqsəd müharibənin alovlanması və daha çox iştirakçının İsrailə zərbə endirməsidir”.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS-ın İsrailə genişmiqyaslı hücumu ilə müharibə başlayıb.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı