“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.
Bu barədə BUTA.TV-a qurumun mətbuat katibi Mehman Mehdiyev məlumat verib.
"Oktyabrın 9-u gundüz saatlarından oktyabrın 10-u səhər saatlarınadək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin 18-23 m\s, arabir 25-30 m\s acıq dənizdə 33-35 m\s qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacagı gözlənilir", - məlumatda deyilir.
Tapşırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
"Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilərə tapşırılıb ki, gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar", - ASCO-nun açıqlamasında bildirilib.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı