HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam briqadası”nın İsrailə hücumu nəticəsində ölən hərbçilər arasında polkovnik-leytenant Eli Ginsburq da olub.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, adıçəkilən yüksək rütbəli hərbçi 2010-cu ildə Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücuma rəhbərlik edibmiş.
Qeyd edək ki, 2010-cu ilin may ayında Qəzzaya humanitar yardım aparan Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi beynəlxalq sularda İsrail hərbçilərinin qəddar hücumuna məruz qalmışdı. Vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, eləcə də könüllülərin olduğu gəmiyə hücum zamanı 10 türkiyəli həlak olmuşdu.
Xatırladaq ki, indiyədək HƏMAS-ın hücumlarında 73 israilli hərbçi həlak olub.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı