Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Məqsəd magistral yolda pik saatlarda sıxlıq zamanı vətəndaşların rahat mənzil başına çatmasını təmin etməkdir.
Avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkət etməsinə hesablansa da bəzi sürücülər buna problem yaradırlar. Belə ki, avtobuslar üçün çəkilmiş zolağa daxil olan sürücülər ictimai nəqliyyatın hərəkətinə maneə yaradır və avtobusların da tıxacda qalmasına səbəb olurlar. Lakin avtobus zolağına daxil olan sürücülər inzibati xəta törətmələrindən xəbərsizdirlər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli BAKU.WS-ə bildirib ki, avtobus zolağına daxil olaraq qanunun tələbini pozan sürücülər cərimə olunacaqlar:
"Avtobus zolağına daxil olmuş digər nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarını pozmuş olurlar. Qaydaları pozan sürücüləri 327.1 maddəsi ilə 40 manat cərimə gözləyir”.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı