Gəncə terrorunun canlı şahidləri Baku TV-yə danışıblar. Terror hücumu zamanı anası həlak olan Vüsal Xəlilov bu cinayətin törədilməsində əli olanların həbs olunmasının hamı kimi ona da təsəlli verdiyini deyib. Qanlar içində olmasına baxmayaraq, gülümsəyən və Azərbaycan xalqının qorxmazlıq simvoluna çevrilən Bəxtiyar isə həmin günü belə xatırlayıb: “Raket atılanda dağıntılar üstümə töküldü. Valideynlərimi oyatdım, qulağım, burnum qanayırdı”.
Bəxtiyarın bacısı Şəhla Heydərli isə qardaşının onu qorumasından bəhs edib: “Bəxtiyarın üstünə şüşələr töküldü. Mənim ayağım isə tutuldu, yeriyə bilmirdim. Bəxtiyar mənə dedi ki, qorxma, sənin yanındayam və məni qucaqladı”.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı