“Nəinki psixoloji xidmət sahəsində, bütün sahələrdə şəhər, qəsəbə və bölgələrə görə qiymətlər fərqlidir. Hətta Bakının inzibati bölgüsünə görə 12 rayonu varsa, bu rayonlara görə də qiymətlər dəyişir. Belə ki, psixoloq sahəsi klinik psixoloq, psixiatr sahəsi kimi dövlət, yaxud özəl klinikalarında deyil, icarəyə götürülmüş ofislərdə fərdi şəkildə, Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun, fiziki və ya hüquqi şəxs kimi VÖEN nömrəsi aldıqdan sonra fəaliyyət göstərir”.
Bu sözləri açıqlamasında tanınmış psixoloq Samirə Bağırova deyib.
“Psixoloji xidmətə görə tətbiq olunan qiymətlərdə icarə haqqı və vergi ödənişləri, eləcə də əmək müqaviləsi ilə çalışan əlavə köməkçi işçi də varsa, bütün bunlar nəzərə alınır. Habelə xidmət göstərən şəxsin peşəkar uzmanlıq, yəni mütəxəssislik dərəcəsi də qiymətdə rol oynayır. Güzəştlərə gəlincə isə, öz adımdan deyə bilərəm ki, il ərzində bir neçə dəfə müxtəlif kampaniyalar, yəni dəstək üçün endirimli, yaxud təmənnasız tədbirlər keçiririk. Tələbələr, imkansız ailələrin övladları, şəhid ailələri, qazilər ilk növbədə nəzərə alınır...”, - o bildirib.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı