ABŞ Dəmir Qübbə taktiki raketdən müdafiə sistemi üçün raketlər göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi danışıb.
Onun sözlərinə görə, raketlər artıq İsraildə olub və ordunun sərəncamına verilib.
O əlavə edib ki, əlavə hərbi yardımın ilk tranşı artıq İsrailə çatıb və bu proses davam edəcək.
Kirbi bildirib ki, HƏMAS-ın hücumlarından sonra birinci gəmi bölgədə mövqe tutduqdan sonra ABŞ-ın ikinci təyyarədaşıyan gəmisi tezliklə İsrailə dəstək göstərmək üçün gələcək:
"USS Dwight Eisenhower tezliklə əvvəlcədən planlaşdırılmış bir missiya ilə Aralıq dənizinə gələcək və lazım gələrsə, hazır olacaq".
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı