Ermənistanın Qazaxın 7, Sədərək rayonunun 1 kəndinin Azərbaycana qaytarması məsələsi yaxın vaxtlarda öz həllini tapmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru, Prezident Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazov “Qarabağ münaqişəsi yekunlaşdıqdan sonra Cənubi Qafqazın inkişafı” adlı onlayn konfransda deyib.
“Ermənistan ərazilərimizi qaytarmalıdır. Buraya Qazaxın 7 və Sədərək rayonunun 1 kəndi daxildir. Ermənistan hələ də bu ərazilərə nəzarət edir. Bu məsələlər yaxın vaxtlarda öz həllini tapmalı və Almatı Bəyannaməsinin müddəalarının həyata keçirilməsinə qayıdılmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın özünün dediyi kimi, 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin əsasını təşkil etməlidir”, - o vurğulayıb.
E.Namazov “3+3” regional əməkdaşlıq formatının əhəmiyyətini də qeyd edib:
“3+3 formulunu həm Rusiya, həm də Azərbaycan dəstəkləyir. Bu format diqqət\layiqdir”.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı