Tələblər ADPU-nun bufetindən niyə qovulur? - Açıqlama

12:02 - 13 Oktyabr 2023 - CƏMİYYƏT

 Tələblər ADPU-nun bufetindən niyə qovulur? - Açıqlama

ADPU-nun əsas korpusunun bufetindən qabağında kitab olan tələbələri qovan şəxs universitetin inzibati departamentinin müdiridir.

Bu sözləri BUTA.TV-a açıqlamasında ADPU-nun mətbuat katibi Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, universitetin professor-müəllim və tələbə heyətindən dəfələrlə bu barədə şikayət daxil olub:

“Hər hansı qida qəbul etmədikləri halda yeməkxanadakı yerləri məşğul edən tələbələr var və buna görə də digər müəllim və tələbələr yeməkxanadan istifadə edə bilmir.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Mövcud vəziyyətlə bağlı yeməkxanadakı həmin tələbələrlə bir neçə gün ərzində söhbətlər aparılıb. Təəssüf ki, tələbələrə bu məsələ dəfələrlə izah edilsə də, bəziləri bunu anlayışla qarşılamayıb və tövsiyələrə məhəl qoymayıb”, - Hüseynov qeyd edib.

Mətbuat katibi xatırladıb ki, universitetin yeni istifadəyə verilmiş Kitabxana-İnformasiya Mərkəzi və əlavə geniş oxu zalında tələbələrin oxumaq, tapşırıqlar işləmək, internetdən istifadə etmək və elektron kitabxanaya daxil olmaq üçün bütün şərait mövcuddur:

“Eyni zamanda Kitabxana-İnformasiya Mərkəzində tələbələrin rahatlıqla çay-kofe və qəlyanaltı ala və müzakirələr apara biləcəkləri mini-kafe də fəaliyyət göstərir.

Bu səbəbdən də tövsiyə olunur ki, tələbələr bu məqsədlə yeməkxanadan yox, oxu zalından və ya müzakirə otaqlarından istifadə etsinlər. Həmçinin, nəzərə almaq lazımdır ki, yeməkxanadakı səs-küydə dərs oxumaq demək olar ki, mümkünsüzdür və tələbələrin bu məqsədlə digər imkanlardan istifadə etməsi daha məqbuldur”.

Qeyd edək ki, dünən ADPU-nun tələbələrinin bufetdən qovulmasını əks etdirən görüntülər yayılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol