Son günlər Ermənistana məxsus kütləvi informasiya vasitələrində (KİV), xüsusən də sosial şəbəkələrdə azərbaycanlılara qarşı aqressiv və alçaldıcı ifadələrin sayının artması bizi haqlı olaraq narahat edir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "X" hesabında paylaşıb.
"Hesab edirik ki, xüsusilə sülh danışıqlarının həlledici əhəmiyyət kəsb etdiyi indiki həssas dövrdə bəzi erməniəsilli insanların düşmənçiliyi təbliğ edən bu cür neqativ hərəkətlər pozucu məqsədlərə xidmət edir və qəbuledilməzdir. Azərbaycanofobiya siyasətinin təzahürü olan etnik əsaslı nifrət nitqi çağırışları təkcə Azərbaycanla Ermənistan arasında münasibətlərə deyil, həm də regionda ümumi davamlı sülh və təhlükəsizliyə mane olur", - Ombudsman əlavə edib.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı