"Naxçıvan TV"nin nümayəndə heyəti Xəzər Media Mərkəzində olub.
BUTA.TV xəbər verir ki, nümayəndə heyəti Xəzər Media Mərkəzində yaradılan şərait, buradakı infastruktur və texniki imkanlarla tanış olublar.
Qonaqlara əvvəlcə "Xəzər TV"nin studiyaları, texniki otaqları, buradakı ümumi şərait və qurulan dekorasiya sistemləri barədə məlumat verilib.
Həmkarlar televiziyanın texniki imkanları və avadanlıqlarla yaxından tanış olublar.
Daha sonra Xəzər Media Mərkəzində fəaliyyət göstərən radiolar və onların yayımı ilə tanışlıq olub.
"Xəzər Xəbər"in studiyasında olan qonaqlara xəbər yayımı bəradə məlumat verilib.
Qonaqlar Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov ilə görüşüb. Görüşdə hər iki televiziya kanalının gələcəkdə əməkdaşlıq imkanları və qarşılıqlı səfərlərin təşkil olunması ilə bağlı məsələlər müzakirə edilib.
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..