“Heç vaxt oğlumun belə bir hadisə törədəciyini gözləməzdim. O, qarışqanı belə, incitməzdi”.
Bu sözləri “Bizimləsən” verilişində həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən 43 yaşlı müğənni Yaqut Həşimovanın qayınanası Tahirə Həşimova deyib: “Gəlinim hər il kəndə gəlirdi, uşaqla üç gün bizdə qalırdı. Yalnız bu il gəlmədi. Aramızda problem yox idi. Yaqutu çox istəyirdim, bacımın balası idi. Kaş oğlum Yaqutu öldürməzdi, bacımın yanında xəcalət çəkirəm”. Tahirə Həşimova deyib ki, onlar bir-birini sevərək evlənmişdilər. Qeyd edək ki, Yaqut Həşimova “Azəristar” müsabiqəsinin iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınıb.
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..